“Milli Məclisdə Reklam haqqında qanuna əlavə və dəyişiklik edilməsi təklif edilib”.
Bizim.Media xəbər verir ki, bunu deputat Musa Quliyev parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bir çox televiziyala kanallarında, şou proqramların tibbi xidmətin, həkimlərin heç bir normalara uyğun olmadan reklam olunması yolverilməzdir:
"Tibbi xidmətlərin reklam olunmasının əleyhinə deyilik, amma bunun müəyyən normaları var. Son dövrlərdə plastik cərrahiyyə, bədən şəkilləndirmə əməliyyatlarında, mədə kiçiltmə əməliyyatlarında bir çox ölüm hallarının, ağırlaşma hallarının baş verməsində şoudakı reklamların təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur.
Həkimi şəxs olaraq reklam etmək dünyanın heç bir yerində yoxdur və "dünyanın ən yaxşı həkimi", "dünyanın ən yaxşı klinikası" demək doğru deyil. Reklam haqqında qanuna dəyişiklik edilsin. Tibbi xidmətlərlə bağlı reklamın normaları müəyyənləşdirilsin. Həkimin sponsorluq fəaliyyəti qadağan olunmalıdır".
Günay Şahmar, Bizim.Media