Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb.
Onun kənd ərazisindəki beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silah, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:07 / 03.02.2025
Polis Lerikdə əməliyyat keçirdi - TUTULAN VAR - FOTO
Hazırda oxunan: Polis Lerikdə əməliyyat keçirdi - TUTULAN VAR - FOTO
Hazırda oxunan: Polis Lerikdə əməliyyat keçirdi - TUTULAN VAR - FOTO
232950
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.