Rusiya ilə sərhəd rayonlarımızda "Sərhəd-sipər" əməliyyatları başlayıb - VİDEO

Hazırda oxunan: Rusiya ilə sərhəd rayonlarımızda "Sərhəd-sipər" əməliyyatları başlayıb - VİDEO

232941

Bu gün səhər saat 6-dan Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən şimal və şimal-şərq rayonlarında - Qusar, Quba, Xaçmaz, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax rayonlarında ənənəvi "Sərhəd-sipər" əməliyyatları başlayıb.

Bizim.Media xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiyanın daxili işlər nazirlikləri arasında bağlanan qarşılıqlı sazişə əsasən aparılır.

Analoji əməliyyatlara Rusiyanın Dağıstan Respublikasının Azərbaycanla həmsərhəd rayonlarında da start verilib.

"Sərhəd-sipər" əməliyyatlarının keçirilməsində məqsəd iki qonşu ölkə arasında  mövcud olan əməkdaşlıq əsasında mütəşəkkil  cinayətkarlığa, narkobiznesə və digər cinayətkarlığa qarşı  birgə mübarizə  aparmaqdır.

Artıq ölkəmizin sərhəd rayonlarında polis postları qoyulub.

Rayonlara  daxil olan nəqliyyat vasitələri postlarda yoxlanılır. Əməliyyatlar zamanı yerli əhalidə olan qanunsuz silahların təhvil verilməsi də tələb olunur.

Silahları könüllü təhvil verənlərin məsuliyyət daşımadığı barədə əhali arasında izahedici söhbətlər aparılır.

Ənənəvi "Sərhəd-sipər" əməliyyatları bir həftə davam edəcək.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin