Bu gün səhər saat 6-dan Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən şimal və şimal-şərq rayonlarında - Qusar, Quba, Xaçmaz, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax rayonlarında ənənəvi "Sərhəd-sipər" əməliyyatları başlayıb.
Bizim.Media xəbər verir ki, əməliyyatlar Azərbaycan və Rusiyanın daxili işlər nazirlikləri arasında bağlanan qarşılıqlı sazişə əsasən aparılır.
Analoji əməliyyatlara Rusiyanın Dağıstan Respublikasının Azərbaycanla həmsərhəd rayonlarında da start verilib.
"Sərhəd-sipər" əməliyyatlarının keçirilməsində məqsəd iki qonşu ölkə arasında mövcud olan əməkdaşlıq əsasında mütəşəkkil cinayətkarlığa, narkobiznesə və digər cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdır.
Artıq ölkəmizin sərhəd rayonlarında polis postları qoyulub.
Rayonlara daxil olan nəqliyyat vasitələri postlarda yoxlanılır. Əməliyyatlar zamanı yerli əhalidə olan qanunsuz silahların təhvil verilməsi də tələb olunur.
Silahları könüllü təhvil verənlərin məsuliyyət daşımadığı barədə əhali arasında izahedici söhbətlər aparılır.
Ənənəvi "Sərhəd-sipər" əməliyyatları bir həftə davam edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:20 / 03.02.2025
Rusiya ilə sərhəd rayonlarımızda polis postları qoyuldu - VİDEO
Hazırda oxunan: Rusiya ilə sərhəd rayonlarımızda polis postları qoyuldu - VİDEO
Hazırda oxunan: Rusiya ilə sərhəd rayonlarımızda polis postları qoyuldu - VİDEO
232941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.