Bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə tövlədə zəncirlənərək saxlanıldığı qeyd olunan Gədəbəy sakini 85 yaşlı Səkinə Həsənova xilas edildi.
Bu barədə Bizim.Media-ya açıqlamasında Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov deyib.
“Gədəbəy rayonunun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb. Məlum olub ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır.
Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.
Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb.
O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilir. Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı video görüntülər isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:33 / 02.06.2021
Zəncirlənən qadın xilas edildi – AÇIQLAMA
Hazırda oxunan: Zəncirlənən qadın xilas edildi – AÇIQLAMA
Hazırda oxunan: Zəncirlənən qadın xilas edildi – AÇIQLAMA
23294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.