Babək rayonunda avtomobil qaz borusuna ÇIRPILDI - Xəsarət alan var - FOTO

Hazırda oxunan: Babək rayonunda avtomobil qaz borusuna ÇIRPILDI - Xəsarət alan var - FOTO

232913

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.
 

Belə ki, 67-BL-197 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kənarında olan qaz borusuna, rabitə dirəyinə, ardınca tikiliyə çırpılıb.


Qəza zamanı bir nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin