Azərbaycan oliqarxları Quranın yalnız bu ayəsinə riayət etsələr – Ölkədə heç kəsin banka borcu qalmaz...

Hazırda oxunan: Azərbaycan oliqarxları Quranın yalnız bu ayəsinə riayət etsələr – Ölkədə heç kəsin banka borcu qalmaz...

232905
Bir neçə ölkəni qismən istisna etmək şərti ilə, dünyada sosial ədalətsizlik problemi ildən-ilə daha çox qabarıq görsənməkdədir. Planetin varidatının 80 faizindən çoxu onun sakinlərinin 1 faizdən az hissəsini təşkil edən transmilli oliqarx nəsillərinin əlində cəmlənib.xa0 xa0“Oxfam”ın 2016-cı ilə olan məlumatına görə, dünyanın 1 faiz zəngin insanının sərvəti əhalinin qalan 99 faizinin ümumi vəsaitindən çox olub.

Azərbaycanda da sonxa0 3 onillikdə ifrat varlı təbəqə ilə ifrat yoxsul təbəqə arasında uçurum getdikcə dərinləşməkdədir. Bu gün hər 4 azərbaycanlıdan birinin banklara kredit borcu var. On minlərlə ölkə vətəndaşı faktiki bank əsrinə çevrilib. Yəni borclarına görə onların ölkədən xaricə çıxmasına qadağa qoyulub.xa0

Lakin azcaxa0 milli qeyrəti olan milyonçu, milyarder insanlarımız –oliqarxlarımız, bəzi yüksək vəzifə sahibləri dövlət başçımızın da əl basıb and içdiyi Müqəddəs Kitabımızın –Qurani-Kərimin yalnız bircə ayəsində göstərilənə əməl etsələr, ölkədə bir çox problemlər, o cümlədən bank borcları problemi həllini tapar. Həmin göstəriş bundan ibarətdir:

”Ehtiyacınızdan artıq qalanını yoxsullara paylayın!”.xa0

Allahın sözügedən göstərişi verdiyi Quranın “Əl-Bəqərə” surəsinin 216-cı ayəsini bütövlükdə nəzərinizə çatdırırıq:xa0
xa0
“(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: 'Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür'! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: 'Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!' Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz”...

Sultanxa0 Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin