Lənkəranda itkin düşən balıqçının meyiti TAPILDI - FOTO

Hazırda oxunan: Lənkəranda itkin düşən balıqçının meyiti TAPILDI - FOTO

232859

Bu gün saat 11.00-da  Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində bir müddət əvvəl itkin düşən balıqçılardan birinin meyidi tapılıb. 

Bizim.Media  xəbər verir ki, onun  itkin düşən Nazim Abbasov olduğu məlum olub.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin