Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyur? - VİDEO

Hazırda oxunan: Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyur? - VİDEO

232805

Son illər abituriyentlər ixtisas seçimi zamanı ingilis dilində tədrisə üstünlük verirlər.

Bizim.Media xəbər verir ki, çox universitetlərdə xarici dilin öyrədilməsi üçün 0-dan başlayan təməl qruplar olur. Lakin dövlət universitetlərində tələbələr üçün belə bir şans yaradılmayıb.

Bəs bu hal tələbələrə və müəllimlərə hansı çətinliklər yaradır?

“Həm dərsləri başa düşmürük, həm də semestr imtahanlarında uğurlu nəticələr əldə edə bilmirik. Bütün bunlar bizim üçün böyük problemlərə səbəb olur”, – deyə tələbə şikayətini bildirib.

Bakı Dövlət Universitetinin müəllimi Yeganə Əsədova problemin əsas səbəbini orta məktəblərdə ingilis dilinin tədrisinin zəif olması ilə əlaqələndirib.

“Orta məktəblərdə danışığa üstünlük verilmir, əsasən test tapşırıqları yerinə yetirilir.

Universitetdə “foundation” təhsilinin olmaması da əsas problemlərdəndir. Tələbə ən azından gələcəkdə yiyələnməyə çalışdığı ixtisasla bağlı mühazirələri başa düşmək və özünü ifadə etmək səviyyəsində ingilis dilini bilməlidir”, – müəllim qeyd edib.

Baku TV-nin araşdırması belə deməyə əsas verir ki, ali təhsil müəssisələri ingilisdilli qruplara qəbul olunan tələbələrin nəticələrindən razıdırlar. Ali məktəblərdən biri DİM tərəfindən keçirilən qəbul imtahanlarında nəticələrin kifayət qədər yüksək olduğunu bildirir, həmçinin ingilis qrupları üzrə təhsilalanların dil bilikləri yüksək qiymətləndirilir.

Ancaq mütəxəssislər tələbələrin müsbət nəticələr əldə etmələri üçün bütün universitetlərdə “foundation” sisteminin tətbiqinin mütləq olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin isə cavabı belə olub:

“Azərbaycanın ümumtəhsil məktəblərində xarici dil tədrisi 2013-cü ildə təsdiq edilən proqram əsasında aparılır. Məqsəd şagirdlərin dil bacarıqlarını inkişaf etdirərək, xarici dili real ünsiyyət vasitəsi kimi istifadə etmələrini təmin etməkdir. Şagirdlər 11-ci sinifin sonunda B1 səviyyəsinə çatmalıdır. Ali təhsildə isə xarici dil akademik və peşəkar bacarıqları artırmağa yönəlib”.

Daha ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin