Qış aylarında NECƏ QİDALANAQ? - Xəstəliklərdən qoruyan qidalar

Hazırda oxunan: Qış aylarında NECƏ QİDALANAQ? - Xəstəliklərdən qoruyan qidalar

232789

Dietoloqlar və qidalanma mütəxəssisləri qışın qida ilə təcrübə aparmaq üçün əla vaxt olduğunu deyirlər.

Bizim.Media xəbər verir ki, təzə tərəvəzlərin bolluğunun azalması ilə pəhriz tövsiyələrinə əməl etmək getdikcə çətinləşir, nəticədə əlimizdə olan tərəvəzlərlə müxtəlif yeməklər hazırlamağa və beləcə yeni reseptlər kəşf etməyə başlayırıq.

Berkli Kaliforniya Universitetində dərs deyən kulinariya dietoloqu və aşpaz Kristen Rasmussen  bildirir ki, qış ayları dondurulmuş, konservləşdirilmiş və ya qurudulmuş qidaları qarışdıraraq yeni dadlar kəşf etmək üçün ən ideal zamandır.

Qış aylarında xüsusilə qəbul etməli olduğumuz qida sitrus meyvələridir. Bunlar - limon, mandarin, portağal və qreyfrutdur. Qış aylarında müxtəlif növ kələmlər və turp çeşidləri, göyərti kimi kök tərəvəzlərin qəbulu immun sistemini gücləndirir.

Bundan əlavə qurudulmuş ərik, xurma və kişmiş kimi quru meyvələr, həmçinin qoz-fındıq da salatlara, bişmiş məmulatlara və digər yeməklərə əlavə etmək üçün əlverişlidir. Həmçinin qışın əvəzolunmazı müxtəlif tərəvəzlərdən hazırlanmış şorbalardır. Soyuq aylarda yayılan virusları nəzərə alaraq, çaylarda və yeməklərdə rozmarin, kəklikotu, muskat və razyanadan istifadə etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin