Qubanın II Nügədi kəndi ərazisində meteoroloji dopler radar quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu gün baxışı keçirilən avtomatlaşdırılmış cihaz vasitəsilə 100-150 km radiusda gözlənilən dolu-leysan ilə bağlı öncədən məlumat əldə etmək mümkün olacaq.
Məlumata görə, dopler hava radarı atmosfer proseslərini izləməyə imkan verəcək.
Həmçinin dopler radar vasitəsilə Böyük Qafqazın cənub-şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək.
Bizim.Media