Nizami rayonu, Babək prospekti, Baku Medical Plazanın yaxınlığındakı yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.
Bizim.Media xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə yenidən məhdudiyyət qoyulub.
Nəqliyyatın hərəkəti köməkçi yolla təşkil edilib.
Bizim.Media