İstədiklərini almadıqda uşaqlar öz valideynlərinə müxtəlif formalı reaksiya verirlər. Valideynlər isə adətən bunu adi qarşılayır. Əslində isə bu reaksiyalar onların validenyləri barədə necə düşünməsindən və özgüvənindən asılı olur.
Psixoloq Fərqanə Mehmanqızı sosial şəbəkə hesabında reaksiyalara uyğun olaraq, uşaqların necə düşündüyünü açıqlayıb:
“Valideynləri ilə yaxşı münasibətdə olan və yaranmış vəziyyəti düzgün qiymətləndirən uşaq, ona istədiyi oyuncaq alınmadığı halda, "bu gün almayıbsa, sabah alar. Yəqin ki, bu gün həqiqətən onun pulu yoxdur "- deyə düşünür”.
Psixoloqun sözlərinə görə, valideyninin ondan razı olmadığını düşünən uşaqların isə qənaəti belədir:
“Məndən narazı olduğundan və ya hansısa səhvimə görə ana (ata) bunu mənə almır”.
Fərqanə Mehmanqızı bildirir ki, özünə güvənməyən və özündən narazı uşaqlar çox vaxt bunu tələb olaraq irəli sürür:
“Belə uşaqlar öz istəkləri ilə alınan oyuncaqları valideynlərının onlara olan sevgisinin əlaməti kimi qəbul edirlər. "Bunu eləsən, sənə istədiyini alaram" kimi ifadəni isə uşaqlar "bunu etsən səni sevəcəyəm” kimi başa düşürlər. Uşaqların valideynlər tərəfindən düzgün qiymətləndirilməməsi onlarda emosional səviyyədə ağrı yaradır”.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:55 / 02.06.2021
Uşaqlarınız sizin haqqınızda nə düşünür? – BUNA UTANMAQ LAZIMDIR
Hazırda oxunan: Uşaqlarınız sizin haqqınızda nə düşünür? – BUNA UTANMAQ LAZIMDIR
Hazırda oxunan: Uşaqlarınız sizin haqqınızda nə düşünür? – BUNA UTANMAQ LAZIMDIR
23275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.