“Bir qadın jurnalist zəng vuranda dedim ki, təzyiqim qalxıb, o da götürüb yazıb ki...”

Hazırda oxunan: “Bir qadın jurnalist zəng vuranda dedim ki, təzyiqim qalxıb, o da götürüb yazıb ki...”

232647
Xalq artisti Arif Babayev son zamanlar səhhətində problemlər yaranmasıyla bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Moderator.az-a açıqlamasında görkəmli sənətkarımız deyib ki, məsələni bir az şişirdiblər və əslində səhhətində elə böyük gərginlik olmayıb:

“Bir qadın jurnalist zəng vurmuşdu və mən də dedim ki, təzyiqim qalxıb. O, da götürüb yazıb ki, “Arif Babayevin səhhəti pisləşdi”. Neçə gündü hamı zəng vurur. Eybi yox, olan şeydi. (Gülür) O, xanım da nəsə yazmalıdır. İndi sağ-salamatam”.xa0

Xalq artisti Gəncə hadisələrini də qınayıb:

“Sözsüz bu hadisələri qınayıram və bu mənə pis təsir etdi. Dövlətçiliyimizə qarşı yaxşı addım deyil. Uzun illərdən bəri bu sabitlik qorunub, rahat yaşayırıq. Bir olmalıyıq. Ölkəmiz dünya səviyyəsinə çıxıb. Hamımız bir olaraq yaşayaq”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin