Azərbaycanda süni intellekt strategiyası hazırlanır – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda süni intellekt strategiyası hazırlanır – RƏSMİ

232606

Azərbaycanda süni intellekt strategiyası hazırlanır. 

Bizim.Media xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsəsdov Almatıda “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib. 
 

"Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir", - o bildirib. 


Baş nazir qeyd edib ki, müasir qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir.

"O cümlədən, bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni sadələşdirir və rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir", - Əli Əsəsdov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin