Ət və ət məhsullarının tərkibindəki heyvan mənşəli zülalının sağlamlığa və ümumi rifaha təsiri haqqında elmi araşdırmalar uzun illərdir davam edir.
Bizim.Media xəbər verir ki, amerikalı mütəxəssislər araşdırmalarla ət məhsullarından imtina edərkən orqanizmdə baş verən dəyişikliklərlər bağlı hesabat hazırlayıblar.
Məlum olub ki, bu qidalardan imtinanın insan orqanizminə həm müsbət həm də mənfi tərəfləri var.
Heyvan zülalından imtina etməyin üstünlüklərinə ondan ibarətdir ki, bitki mənşəli qidalar aşağı kalorilidir və artıq çəki problemini həll edir, dərialtı yağ ehtiyatları daha tez sovrulur və bədən toksinlərdən təmizlənir. Həmçinin bitki mənşəli menyu insanı həzm zamanı zəhərləmir və tərəvəz həvəskarları şəkərli diabet, piylənmə, ürək xəstəlikləri və yüksək təzyiqdən daha az əziyyət çəkirlər.
Lakin ətsiz pəhrizin yan təsirləri də mövcuddur. Belə ki, vegetarianizm orqanizmdə vacib elementlərin: amin turşularının, dəmirin, sinkin, kalsiumun, omeqa-3 və vacib vitaminlərin çatışmazlığına səbəb ola bilər. Bundan əlavə, bitki mənşəli protein bədən tərəfindən zəif əmilir, bu da reproduktiv sağlamlığa mənfi təsir göstərə bilər.
Qeyd etmək lazımdır ki, süd məhsulları və yumurtalar dəmirin ən açıq mənbələri deyil, buna görə də lakto-vegeterianlar anemiyadan əziyyət çəkirlər.
Ətin tərkibində olan vacib amin turşularını bitki tərkibli qidalardan almaq mümkün deyil.
Buna görə ətdən imtina edərkən pəhrizinizə xüsusi əlavələr və vitaminlər daxil etmək lazımdır.
Bir sözlə, ətdən imtina etmək və bitki əsaslı pəhrizə keçidin müsbət və mənfi cəhətləri var. Bir neçə kiloqram arıqlamaq, bədəninizi təmizləmək və yüngül hiss etmək istəyirsinizsə, ət məhsullarında çox qısa müddətlik imtina edə bilərsiniz. Bu müddət 5 günü aşmamalıdır. Çünki bu günlər ərzində bədəndə olan faydalı turşular orqanizmdən sovrulur, onu isə yuxarıda da qeyd etdiyimiz kimi yalnız ətdən hazırlanmış yeməklərlə bərpa etmək mümkündür.
Bizim.Media