Xaçmazın Susayqışlaq kəndində yaşayan 56 yaşlı kişi yanıq xəsarəti alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin olaraq yanğının ev sahibi Əvəz Həsənağa oğlu Vəlixanovun sərxoş halda siqaret çəkməsindən sonra başladığı deyilir.
Hadisə zamanı kişinin yatağı yansa da evin yanmasının qarşısı vaxtında alınıb. Yanıq xəsarəti alan şəxsə kəllənin, gövdənin, hər iki ətrafın 4-cü dərəcəli texniki yanığı diaqnozu qoyulub.
Şəxsə hazırda xəstəxananın təcili yardım şöbəsində tibbi yardım edilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:50 / 30.01.2025
Xaçmazda sərxoş şəxsin siqaret yandırması evdə yanğına SƏBƏB OLDU - ÖZƏL
Hazırda oxunan: Xaçmazda sərxoş şəxsin siqaret yandırması evdə yanğına SƏBƏB OLDU - ÖZƏL
Hazırda oxunan: Xaçmazda sərxoş şəxsin siqaret yandırması evdə yanğına SƏBƏB OLDU - ÖZƏL
232514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.