Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini İSTƏYİR

Hazırda oxunan: Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini İSTƏYİR

232510

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Bizim.Media report-a istinadən xəbər verir ki, müraciət Nizami rayon Məhkəməsində icraata götürülüb.
 

Keçirilən prosesdə Mahir Quliyevin müraciətinin geri götürdüyü elan edilib. O bir müddət sonra yenidən müraciətini təkminləşdirib, daha sonra məhkəməyə yenidən ərizə verəcəyini qeyd edib.


Qeyd edək ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Şirvan Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlanılıb.

Ali Məhkəmədə isə Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin