Avtobus sürücüləri də işə qəbul üçün İMTAHAN verəcək? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Avtobus sürücüləri də işə qəbul üçün İMTAHAN verəcək? – Rəsmi AÇIQLAMA

232490

Ötən il iyul ayından taksilərlə bağlı yeni tələblər qüvvəyə mindikdən sonra taksi sürücüsü olmaq istəyənlər imtahana cəlb olunurlar. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, növbəti imtahan fevral ayının 13-də olacaq.

Taksi sürücülərinin imtahanından sonra avtobus sürüclərinin də sürücülük qabiliyyəti, etik davranışlarının yoxlanılmasının vacibliyinə dair cəmiyyətdə müzakirələr gedir. Çünki paytaxtda ara-sıra sərnişinlərlə konflikt yaşayan və ya qəza törədən sürücülərə rast gəlinir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu marşrutun avtobusları YENİLƏNİR


Belə halların yaşanmaması üçün avtobus sürücülərinin də imtahan verməsi düşünülə bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, avtobus sürücüləri öncə təlimlərə cəlb edilir, sonra işə götürülür:

“Avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir. İri daşıyıcılar tərəfindən sürücülər təlimlərə cəlb edilərək işə götürülür.  Daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq onlara sürücü seçimi kriteriyaları ilə bağlı müvafiq tövsiyələr verilir. Bununla bağlı daşıyıcılara AYNA tərəfindən tövsiyə məktubları da göndərilib”.

Qeyd edilib ki, AYNA-nın Təlim-Tədris Mərkəzində də avtobus sürücüləri üçün təlimlər keçirilir. Burada sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar.

Günay Şahmar, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin