Zaqatalada yüksək hərarətdən dünyasını dəyişən 27 yaşlı gəncin FOTOSU

Hazırda oxunan: Zaqatalada yüksək hərarətdən dünyasını dəyişən 27 yaşlı gəncin FOTOSU

232479

Zaqatalanın Yeni Suvagil kənd sakini 27 yaşlı Əhməd Əliyevin yüksək hərarətdən dünyasını dəyişməsi bir çox suallar yaradıb.

Bizim.Media-nın yerli bürosu bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən Əhməd Əliyevin həmkəndlilərindən önun ölümü ilə bağlı bəzi təfərrüatları öyrənib.

Əliyevlər ailəsi kəndin ən sakit, zəhmətkeş ailələrindən birdir. Ailədə 3 uşaq olublar. İki bacı və bir qardaş...

Kənd sakinlərinin sözlərinə görə Əhməd son bir ildə kənddən kənara çıxmayıb. Ötən ilin yayında Bakı şəhərində işləyib qayıtdıqdan sonra ancaq ev təsərrüfatında valideynlərinə yardımçı olub. Bu son hadisə barədə isə ailə üzvlərindən başqa kimsənin xəbər olmayıb. Ötən həftə soyuqdəymə əlamətləri ilə kənd xəstəxanasına maraciət edən Əhmədə həkimlər müalicə yazmaqla yanaşı, həm də bir sıra təbii müalicələr də məsləhət bilinib. Həyata keçirilən müalicələr nəinki fayda verib, əksinə onun hərarəti hər gün çoxalıb. Üç gün evdə əlavə müalicələr etsələr də, nəticə vermədiyindən valideynləri onu rayon mərkəzi xəstəxanasına aparıblar.

Deyilənlərə görə son gün mərhumun hərarəti o qədər yüksək olub ki, hətta yeriyə bilməyib. Bu səbəbdən onu xəstəxanaya apararkən əlavə kömək lazım gəlib.

Xəstəxanaya daxil olan andan həkimlər Əhməd Əliyevin üzərində müayinələr aparıb, hansı müalicələrin aparılması ilə maraqlanıb. Xəstənin vəziyyətinin ağır-kritik olması nəzərə alınaraq o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər çılışıb ki, vəziyyətini stabilləşdirə bilsələr, Əhmədi paytaxt xəstəxanalarından birinə göndərsinlər. Bütün gecə boyu həyata keçirilən tibbi müdaxilələrə baxmayaraq xəstənin temperaturunu aşağı salmaq mümkün olmayıb. Səhər saatlarında isə o, vəfat edib.

Bu gün günorta radələrində Əhməd Əliyev kənd qəbrstanlığında dəfn olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Suvagil kənd məktəbinin çoğrafiya müəllimi, 1979-ci il təvəllüdlü Mehmanə Əminova oğlunu əsgər yola salma mərasimi təşkil edəndən sonra yüksək təzyiqlə xəstəxanaya çatdırılmış və onun da həyatını həkimlər xilas edə bilməmişdilər.

Kənd sakinləri onu da bildirir ki, Əhməd Mehmanə müəllimənin ən sevimli şagirdlərindən biri olub və dərslərində fərqlənirmiş. Bu ard-arda baş verən ölümlər isə Yeni Suvagil kənd sakinlərini çox sarsıdıb.

Baş vermiş ölüm faktı ilə bağlı qarşıdakı dəqiqələrdə TƏBİB-dən də açıqlama gözlənilir.










Tural Rasimoğlu. Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin