İtaliya-Azərbaycan Universitetinin binası bu tarixdə açılacaq

Hazırda oxunan: İtaliya-Azərbaycan Universitetinin binası bu tarixdə açılacaq

232467

İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabrına qədər açılacaq.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib.

"Yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil alacaq. Bugünkü tədbir, həmçinin abituriyentləri bu təhsil müəssisəsinin potensialı ilə tanış etmək məqsədi daşıyır", - o qeyd edib.

Rektor vurğulayıb ki, ADA Bakıdakı İtaliya səfirliyi ilə əməkdaşlıq edir və layihə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.

"ADA Universiteti ölkəmizin rifahı naminə layiqli kadrların yetişdirilməsinə böyük önəm verir, bu məqsədlə biz fakültələrin sayını mümkün qədər artırmağa çalışırıq", - H.Paşayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin