Niyazi Mehdinin ayaq barmağı amputasiya edildi

Hazırda oxunan: Niyazi Mehdinin ayaq barmağı amputasiya edildi

232450

Tanınmış filosof, tənqidçi Niyazi Mehdi xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.

O, Niyazi Mehdinin bir müddət əvvəl vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini bildirilib: “Ayağında qanqrena başladı. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verildi. Əməliyyatdan sonra vəziyyəti nisbətən stabilləşib”.

Həyat yoldaşının hazırda reanimasiyada olduğunu deyən Dilarə Mehdi onun bu gün palataya köçürülməsinin gözlənildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin