Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ: Kredit, yoxsa lizinq daha SƏRFƏLİDİR?

Hazırda oxunan: Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ: Kredit, yoxsa lizinq daha SƏRFƏLİDİR?

232442

Avtomobil sahibi olmaq əksər insanların arzusudur. Bu arzusunu reallaşdırmaq üçün bəzi vətəndaşlar avtomobili kreditlə alır. Amma son zamanlar bu sahədə lizinq xidməti də geniş yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Daxili kreditlə, yoxsa lizinqlə avtomobil almaq sərfəlidir? - VİDEO


Bəs, avtomobili daxili kreditlə, yoxsa lizinqlə almaq sərfəlidir?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu vətəndaşın seçimindən asılıdır:

“Bəziləri lizinq, bəziləri isə kreditlə avtomobil əldə edir. Təbii ki, burada qarşı tərəfin təklifləri də önəmlidir. Məsələn, elə avtosalonlar var ki, həm lizinq, həm də daxili kredit hesabına daha yaxşı şərtlər irəli sürürlər. Amma banklar da var ki, kredit faizləri fərqlənir. Yenə deyirəm bu şərtlərdən asılıdır.

Vətəndaşlar istənilən halda öz gəlirlərini nəzərə almaqla qərar verirlər. Ümumi götürəndə isə lizinq daha baha başa gəlir. Çünki lizinqlər daha uzun müddətə müqavilə təklif edirlər. Təbii ki, müddət uzandıqca götürülmüş kreditin üzərinə daha çox faiz gəlir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin