Mütəmadi olaraq səhər yeməyindən imtina rifahınıza və yemək davranışınıza mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, bu xəbərdarlıq rusiyalı dietoloq Natalya Kruqlova çıxış edib.
O, “Moskva 24” telekanalı ilə söhbətində səhər yeməyindən imtinanın fəsadlarını açıqlayıb.
Kruqlova bildirib ki, səhər yeməyindən imtina etmək enerji çatışmazlığına gətirib çıxarır və başgicəllənmə, halsızlıq və baş ağrılarına səbəb olur. Bundan əlavə, qidalanma mütəxəssisi ac bir insanın məhsuldarlığının azalmasına və konsentrasiyanın pisləşə biləcəyinə diqqət çəkib.
O, səhər yeməyindən imtinanı, həmçinin yemək davranışının pozulması adlandırıb.
Dietoloq izah edib ki, bir çox insanlar səhər aclığını nahar, günorta qəlyanaltı və şam yeməyi zamanı böyük yemək yeyərək kompensasiya edirlər.
"Əgər belə bir pəhriz vərdişi həddindən artıq yeməklə müşayiət olunarsa, bu, çəki artımına səbəb olacaq", Kruqlova yekunlaşdırıb.
Həkim əlavə edib ki, ideal olaraq səhər yeməyində taxıl məhsulları, yumurta, ət, kəsmik və ya digər protein məhsulları olmalıdır.
O, səhər yeməyinin vacib elementi kimi tərəvəz və meyvələri də adlandırıb.
Cənubi Kaliforniya Universitetinin Uzunömürlülük İnstitutunun direktoru Valter Longo axşam yeməyini yatmazdan üç saat əvvəl bitirməyi məsləhət görüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 30.01.2025
Səhər yeməyindən imtinanın FƏSADLARI
Hazırda oxunan: Səhər yeməyindən imtinanın FƏSADLARI
Hazırda oxunan: Səhər yeməyindən imtinanın FƏSADLARI
232439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.