Gömrük Komitəsi əməkdaşlarının üç aydır ki, gecikən əmək haqları ödənildi

Hazırda oxunan: Gömrük Komitəsi əməkdaşlarının üç aydır ki, gecikən əmək haqları ödənildi

232420

Gömrük əməkdaşlarının üç aydır gecikən maaşları verilib.

Bizim.Media "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə informasiyanı qurumun mətbuat katibliyi yayıb.

"Artıq həmin işçilərin hər birinin maaşları verilib" - açıqlamada deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar. Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini söyləyiblər. Artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər.

Məsələ ilə bağlı bugünlərdə Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib.

"Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur" - Şahin Bağırov deyib.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev yanvarın 27-də Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb. Fərman bu il yanvarın 1-dən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin