Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişə başlanıldı

Hazırda oxunan: Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişə başlanıldı

23242

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Visa” beynəlxalq kart təşkilatı ilə birlikdə Abşeron Dairəvi Dəmir Yolu Xəttində bank kartları ilə ödənişin tətbiqinə başlayır.

Bizim.Media xəbər verir ki, Bakı-Sumqayıt qatarının sərnişinlər xəttin 14 stansiyasında təmassız ödəniş imkanından istifadə edə biləcəklər.

Stansiyaların hamısında hər iki istiqamətdə təmassız ödəniş üçün oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb.

Bu layihənin bir hissəsi kimi sərnişinlər 27 biznes terminalı vasitəsilə təmassız ödəniş edərək biletlərin katqqoriyasını biznes sinfinə yüksəldə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin