Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb
Mənbə qeyd edir ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktı aşkarlanıb. Belə ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 30.01.2025
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxs evə buraxıldı
Hazırda oxunan: Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxs evə buraxıldı
Hazırda oxunan: Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxs evə buraxıldı
232417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.