"Bu gün Günəşli qəsəbəsində baş verən hadisədə istismarımızda olan 50 nömrəli avtobus iki avtomobilə ziyan vurub".
Bizim.Media xəbər verir ki, bunu "Vətən.AZ-Trans" MMC-nin rəhbəri Babək Aslanov oxu.az-a açıqlamasında deyib.
O qeyd edib ki, hadisənin baş verməsinə səbəb dönmə edən anda avtobusun qarşısına minik avtomobilinin çıxması olub.
"Günəşli qəsəbəsində "Şirin yanı" deyilən ərazidən gələn avtobusun sürücüsü sola dönmə edəndə qarşısına qəfildən minik maşın çıxıb. Sürücü onu vurmamaq üçün sola dönməli olduğu halda sükanı sağa çevirib.
Nəticədə iki maşını sürtüb və avtobusu yolun kənarında yaşıllıq hissəyə çıxarıb. Avtobusda az sərnişin olub, xəsarət alan yoxdur. Avtobusun dəydiyi avtomobillərə də ciddi ziyan dəyməyib. Avtobusa ziyan dəyib - qabağı əzilib. Hadisə baş verən kimi əməkdaşlarımız əraziyə gediblər, artıq avtobus ərazidən götürülüb", - deyə B.Aslanov bildirib.
Bizim.Media