110 saylı Balakən Dairə Seçki Komissiyasının ən yaşlı seçicisi Gərəkli kəndində yaşayır.
Dairə Seçki Komissiyasının sədri Vahid Əliyevin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, bələdiyyə seçkiləri ilə əlaqədar rayonun ən qocaman sakini Pətimət Xəlilova yaşadığı ərazi üzrə məntəqəyə müraciət edərək evində səs vermək istədiyini bildirib.
9 saylı seçki məntəqəsinin üzvlərindən ibarət qrup günortodan sonra Pətimət nənənin evinə yollanıb. Burada ona seçki qanunvericiliyi izah olunub, namizədlər haqda məlumat verilib.
Daha sonra 103 yaşlı qadının nəvəsi ona səsvermədə köməklik göstərib.
Dairə sədri onu da əlavə edib ki, 103 yaşlı qadın ötən seçkilərdə də fəal olub, öz səsvermə hüququndan istifadə edib.
Qeyd edilib ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairənin bir çox seçki məntəqələrində ahıl və yaşlı eləcə də xəstə insanların müraciətləri öz həllini tapıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:29 / 29.01.2025
Balakənin ən yaşlı sakini 103 yaşlı Pətimət nənə SƏS VERDİ - FOTO
Hazırda oxunan: Balakənin ən yaşlı sakini 103 yaşlı Pətimət nənə SƏS VERDİ - FOTO
Hazırda oxunan: Balakənin ən yaşlı sakini 103 yaşlı Pətimət nənə SƏS VERDİ - FOTO
232339
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.