"İslahatlar taksi xidməti üzrə də həyata keçirilib. İslahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqlar mövcud idi".
Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki məruzəsində bildirib.
Nazir qeyd edib ki, islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin "orta yaş"ı isə 15-dən 8-ə endirilib:
"Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalıb, təxminən 32 faiz... Avtomobilyönümlü şəhərlərin insanyönümlü şəhərlərə keçidi məqsədilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilib, metronun "28 May" stansiyası ətrafında isə park konseptli hab yaradılıb. İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılıb".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 29.01.2025
Taksilərin sayı 67 mindən 30 minə SALINIB – VİDEO
Hazırda oxunan: Taksilərin sayı 67 mindən 30 minə SALINIB – VİDEO
Hazırda oxunan: Taksilərin sayı 67 mindən 30 minə SALINIB – VİDEO
232325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.