Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı qardaş Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Fondunun sədri (EkoAvrasya) və eyniadlı jurnalın baş redaktoru, iqtisadi məsələlər üzrə tanınmış ekspert Hikmət Ərən ilə işgüzar görüş keçirib.
Bizim.Media “yenicag.az”a istinadən xəbər verir ki, Azərbaycan Türkiyə Evində baş tutan görüşdə qonaqları salamlayan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı qardaş ölkənin siyasi təşkilatları və vətəndaş cəmiyyəti arasında müştərək layihələrin reallaşdırılması, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, həmçinin türk dövlətlərinin vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında çıxış edib. Eyni zamanda, ATEV və EkoAvrasya-nın təşkilatçılığı ilə iki qardaş ölkənin ortaq dəyərləri ilə bağlı birgə layihələrin keçirilməsi müzakirə olunub.
Səmimi görüşə görə təşəkkür edən Hikmət Ərən öncə Tənzilə Rüstəmxanlını VII çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilməsi münasibətilə təbrik edib, millət vəkili kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə müvəffəqiyyətlər arzu edib.
Hikmət Ərən qeyd edib ki, bizim hər bir addımımız xalqımızın ortaq tarixi və mədəni bağlarına hörmətin təzahürüdür və şəhid ailələrinə dəstək göstərmək hər birimizin borcudur.
Görüşün sonunda qonağa Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirən hədiyyə təqdim olunub, xatirə şəkili çəkilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:10 / 29.01.2025
Tənzilə Rüstəmxanlı Türkiyənin “EkoAvrasya” Fondunun sədri Hikmət Ərənlə görüşdü – FOTO
Hazırda oxunan: Tənzilə Rüstəmxanlı Türkiyənin “EkoAvrasya” Fondunun sədri Hikmət Ərənlə görüşdü – FOTO
Hazırda oxunan: Tənzilə Rüstəmxanlı Türkiyənin “EkoAvrasya” Fondunun sədri Hikmət Ərənlə görüşdü – FOTO
232305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.