Bahar Muradova: “Gənclərin erkən yaşda evlənməyə marağının azalması normal haldır” – VİDEO

Hazırda oxunan: Bahar Muradova: “Gənclərin erkən yaşda evlənməyə marağının azalması normal haldır” – VİDEO

232285

"Gənclərin erkən yaşda evlənməyə marağının azalması normal haldır".

Bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bizim.Media-ya açıqlamasında bildirib.

Sədr evlənmək istəyən gənclərin azalması məsələsinə münasibət bildirib:

"İnkişaf etmiş cəmiyyətdə formalaşan gənclik elə bir biliyə, təhsilə, səriştəyə malik olmalıdır ki, o bu cəmiyyətdə özünü idarə edə bilsin. Bu baxımdan mən bunu daha yaxşı imkanlar əldə etmək üçün qazanılmış zaman hesab edirəm. Hər kəs oğlunu-qızını erkən yaşda evləndirmək, nəvə-nəticə görmək, xoşbəxt olmaq istəyini büruzə verir. Amma gənclik fərqli istəklər, arzular ardınca gedir. Bunu normal qarşılayıram. Amma əlbəttə, bu ümumiyyətlə, ailə qurmamaq kimi fikri formamalaşdırmamalıdır".



Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin