Avtobus zolaqlarının uzunluğu 160 kilometrə çatdırılacaq - RƏSMİ

Hazırda oxunan: Avtobus zolaqlarının uzunluğu 160 kilometrə çatdırılacaq - RƏSMİ

232276

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, bunun nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.

“Bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq.

Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin