Təyyarə qəzasının səbəblərinin araşdırılması ilə bağlı YENİ AÇIQLAMA

Hazırda oxunan: Təyyarə qəzasının səbəblərinin araşdırılması ilə bağlı YENİ AÇIQLAMA

232266

Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan baş prokurorunun  müavini Qalımjan Koygeldiyev jurnalistlərə açıqlamasında deyib.
 

"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş asan deyil. Nəticələri gözləyirik", - Q.Koygeldiyev AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə bağlı suala cavab verərkən bildirib.


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Daha əvvəl Qazaxıstanın Baş naziri Kanat Bozumbayev ölkənin Nəqliyyat Nazirliyinin araşdırmanın ilkin nəticələrini bu həftə dərc edə biləcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin