Yanvarın 29-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində Gəncə və yaxın bölgələr üzrə 208 mindən çox seçici qeydiyyata alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 38 saylı Gəncə birinci seçki dairəsi üzrə 38 açıq və bir qapalı məntəqədə 53 minə yaxın vətəndaş qeydə alınıb. Onlardan 120 nəfər ilk dəfə səs verəcək. Seçkilərin şəffaflığını təmin etmək üçün bu məntəqələrdə 13 müşahidə kamerası quraşdırılıb.
39 saylı Gəncə ikinci seçki dairəsi üzrə 36 açıq və bir qapalı məntəqədə 51 mindən çox seçici qeydə alınıb. Onlardan 57 nəfər ilk dəfə səs verəcək.
40 saylı Gəncə üçüncü seçki dairəsi üzrə mövcud 38 məntəqədə 53 mindən çox vətəndaş qeydə alınıb. Bu dairədə səsvermə prosesinin monitorinqini təmin etmək üçün seçki məntəqələrində 10 müşahidə kamerası quraşdırılıb.
Gəncə-Samux-Goranboy 41 saylı seçki dairəsində mövcud 45 məntəqədə 49 mindən çox seçici qeydə alınıb. 108 nəfər ilk dəfə səsvermədə iştirak etmək hüququ qazanıb. Məntəqələrdə 8 müşahidə kamerası quraşdırılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu