Bir qəzanın nəticəsi ailə faciəsinə SƏBƏB OLDU

Hazırda oxunan: Bir qəzanın nəticəsi ailə faciəsinə SƏBƏB OLDU

232202

Xəbər verdiyimiz kimi Mingəçevirdə nəvəsi qəzaya düşərək komaya düşən nənə dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu xəbərdən sarsılan qadının həyat yoldaşı xəstəxanalıq oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Nəvəsi qəzada komaya düşən nənə VƏFAT ETDİ


Vəfat edən Lalaxanım Rzayevanın əri İbrahim Rzayevin də axşam saatlarında həyat yoldaşının ölüm xəbərini aldıqdan sonra halı pisləşib.  

İ. Rzayev dərhal Mingəçevir Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, yanvarın 23-də Mingəçevirdə Gəncə şosesində yol qəzası var verib. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu VAZ-2107 markalı avtomobil vurub. Məktəbli hadisədən sonra komaya düşüb.

Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin