DİQQƏT: Ziya Bünyadov prospekti genişləndiriləcək - Xırdalana isə…

Hazırda oxunan: DİQQƏT: Ziya Bünyadov prospekti genişləndiriləcək - Xırdalana isə…

232165

“20 Yanvar layihəsi kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılıb”.

Bizim.Media xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət başçısı: “Əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır”


O qeyd edib ki, nəticədə böyük bir simulyasiya hazırlanıb:

“Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulub. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin