XƏBƏRDARLIQ: XİN adından saxta məlumatlar yayılır - FOTO

Hazırda oxunan: XƏBƏRDARLIQ: XİN adından saxta məlumatlar yayılır - FOTO

232147

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı feyk məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, həmin məlumatlar XİN-in rəsmi məlumatı kimi təqdim edilib.

Həmin yalan informasiyalarda, XİN-in mətbuat katibi Ayxan Hacızadənin adından iddia edilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quşlarla toqquşmasını təsdiq edir.

Bununla yanaşı, feyk məlumatda Azərbaycanın guya yalan məlumatların yayılmasına görə Rusiyadan üzr istədiyi də qeyd olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin