Zaqatala xəstəxanasında daha bir ÖLÜM – Oğlunu əsgər yola SALDI, beyninə qan SIZDI - FOTO

Hazırda oxunan: Zaqatala xəstəxanasında daha bir ÖLÜM – Oğlunu əsgər yola SALDI, beyninə qan SIZDI - FOTO

232117

Zaqatalada bir neçə gün əvvəl oğlunu hərbi xidmətə yola salan qadının ölüm səbəbi məlum olub.

Bizim.Media-nın yerli bürosu Zaqatalanın Yeni Suvagil kənd sakini 46 yaşlı coğrafiya müəlliminin ölümü ilə bağlı bəzi təfərrüatları əldə edib.

Kənd sakinlərinin sözlərinə görə ayın 26-da Əminovlar ailəsində oğlunu əsgər yola salma mərasimi təşkil edilib. Məclisdə xeyli kənd sakini və qonaqlar iştirak edib. Həmçinin Mehmanə müəllimənin çalşdığı Yeni Suvagil kənd məktəbin kollektivindən də gələnlər olub.

Bildirilir ki, qadın uzun müddət idi ki, qan təzyiqindən əziyyət çəkib. Həmin məclis müddətində də onun narahatçılığı hiss olunsa da, biruzə verməməyə çalışıb. Məclisin səhəri günü qadın kəskin qan təzyiqindən əziyyət çəkməyə başlayıb. Ona kənd xəstəxanasında məsləhət bilinib ki, rayon həkimlərinə müraciət etsin. Evə gələndən bir qədər sonra ailə üzvləri Təcili Tibbi Yardım briqadasına müraciət edib və onların köməyi ilə qadın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkimlər bütün tibbi müdaxilələr həyata keçirsə də, 46 yaşlı müəllimıəni xilas edə bilməyiblər.

Qeyd olunur ki, Əminovların iki övladı - bir oğlan, bir qızları var. Oğlanın 18 yaşı bir müddət əvvəl tamam olub. Qızları isə 17 yaşındadır.

Mehmanə Əminovla eyni məktəbdə çalşan müəllim yoldaşı Günel Əmirova bu hadisədən çox kədərləndiklərini bildirib:

“O, coğrafiyanı şagirdlərə böyük həvəslə sevdirən əziz və dəyərli bir müəllim idi. Bu acı xəbər kollektivimizi kədərə bürüdü və uzun illər onun əziz xoş xatirəsi yaşayacaq” - deyə, fikirlərini ifadə etməkdə çətinlik çəkib.

Mərhum ötən gün axşam saatlarında kənd qəbiristanlığında dəfn olunub.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin