Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya QALMAQALI – Ögey qardaş, bibi, yoxsa NƏNƏ? – VİDEO

Hazırda oxunan: Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya QALMAQALI – Ögey qardaş, bibi, yoxsa NƏNƏ? – VİDEO

232106

Təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş -19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevlərin ailələlərinə dövlətin verəcəyi kompensasiya ətrafında söz-söhbətlər yaranıb.

Ata evlərinin yerləşdiyi Qusarın Suduroba kəndində yaşayan bacı-qardaşı sağ ikən bir dəfə də olsun axtarmayan, onların qayğısına qalmayan ögey qardaş ortaya çıxıb.

Sözügedən şəxs Qusarın Əvəcuq kəndində doğulub, hazırda Bakı şəhərində yaşayan 25 yaşlı Kamran Xəzər oğlu Seyidovdur. Kamran anasının birinci evliliyindən doğulub. Kamran bu yaşınacan nə anasını, nə də bacı-qardaşlarını axtarıb. Heç qəzada həlak olan bacı-qardaşının dəfnində belə iştirak etməyib.

Amma təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini istəyir.


Bəs, əsl varis kimdir?

Ətraflı Bizim.Media-nın videosüjetində:


Aytəkin Alxaslı, Asif Cabbarov, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin