TƏBİB İsmayıllıda körpənin doğuşdan sonra ölməsi faktına münasibət bildirib.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, doğuş zamanı uşağın səhhətində hər hansı problem olmayıb:
“23 yanvar 2025-ci il tarixində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü şəxs hamiləliyin 39-cu həftəsində doğum sancıları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə müraciət edib. Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 sm olan oğlan uşağı dünyaya gəlib.
Doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb. Lakin 24 yanvar 2025-ci il tarixində yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb”.
Qeyd edək ki, İsmayıllıda doğuş zamanı körpə ölümü qeydə alınıb. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 1996-cı il təvəllüdlü Narxanım Həkimovanın doğuş zamanı körpəsi ölüb.
Günay Şahmar, Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/01/28/1738053567_5244831225573666352.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:38 / 28.01.2025
İsmayıllıda doğuşdan sonra körpə niyə ölüb? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: İsmayıllıda doğuşdan sonra körpə niyə ölüb? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: İsmayıllıda doğuşdan sonra körpə niyə ölüb? – Rəsmi AÇIQLAMA
232089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.