Yelena Xaxaleva Bakıda SAXLANILDI

Hazırda oxunan: Yelena Xaxaleva Bakıda SAXLANILDI

231973

Krasnodar vilayət məhkəməsinin keçmiş hakimi  Yelena Xaxaleva Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə Bakıda saxlanılıb. 

Bizim.Media xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinə getmək istəyərkən tutulub. 

Qeyd edək ki, Y.Xaxaleva dələduzluq və saxtakarlıqda ittiham olunur. 2022-ci ilin yayında məhkəmə Xaxalevanı qiyabi həbs edib və o, beynəlxalq axtarışa verilib. Daha sonra onun Tbilisidə olduğu xəbəri yayılıb. 
 

“Qızıl hakim ” ləqəbli Yelena Xaxaleva 2017-ci ildə qızına 2 milyon dollara toy təşkil edərkən məşhurlaşıb. Dəvət olunan ulduzlar arasında Nikolay Baskov, Cozef Kobzon və digər məşhurlar da olub. 


Xaxaleva daha sonra hakim statusundan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin