Xəbər verildiyi kimi Şəkidə yük avtomobili fəhləni vuraraq öldürüb.
Belə ki, Firudin Məmmədovun idarə etdiyi JAC markalı yük avtomobili geriyə hərəkət edərkən Şəki şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Fikrət oğlu İmamhüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bizim.Media-nın yerli bürosu Şəkidə baş verən bədbəxt hadisənin ilkin təfərüatlarını öyrənib.
Su xətlərinin dəyişdirilməsi ilə əlaqədar yol-tikinti işləri aparılarkən, şəhər sakini 45 yaşlı Firudin Məmmədov idarə etdiyi yük avtomobilini arxaya verib. Bu zaman ərazidə fəhlə işləyən digər sakin, 58 yaşlı fəhlə Ülfət İmamhüseynov isə yük avtomobilinin hərəkətini tənzimləyirmiş.
Bədbəxt hadisə də elə bu anlarda baş verib.
Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası çağrılıb. Lakin həkimlər çatana kimi fəhlə keçinib.
Baş verən hadisə ilə bağlı Şəki rayon prokurorluğunda araşdrımalar başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu