Ev şəraitində sistem qoşduranlara XƏBƏRDARLIQ – VİDEO

Hazırda oxunan: Ev şəraitində sistem qoşduranlara XƏBƏRDARLIQ – VİDEO

231906

Mövsümlə əlaqədar respirator virusların sayı artıb. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, xəstəlikdən sağalmaq, bədənin müqavimətini artırmaq üçün sistem qoşduranlar az deyil. Amma əksini düşünənlər də var. 

Səhiyyə Nazirliyinin həkim mütəxəssisi Zakir Quliyev bildirir ki, evdə qoşulan sistem hər hansı reaksiya verərsə, ölümə qədər ağır fəsadları ola bilər. Terapevt dedi ki, ümumiyyətlə ev şəraitində qoşulan sistemdən ağırlaşma halları yetəri qədər çoxdur. 
 

Həkim deyir ki, soyuqlayanda, virus infeksiyaya yoluxduqda sistem qoşdurmağın mənası yoxdur. 


Həkim onu da dedi ki, venadaxili sistem şəklində köçürülən antibiotikə isə ciddi şəkildə yoluxmuş bakterial infeksiyalarda göstəriş olur. 

Daha ətraflı videomaterialı təqdim edirik. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin