Bakının Xətai rayonunda, 8 Noyabr prospektinin yaxınlığında yerləşən park təmir olunub, amma təmizlənməyib. Təmir zamanı orada qalan tullantılar aylardır götürülmür.
Bizim.Media xəbər verir ki, yenicə istifadəyə verilən park hazırda zibilxananı xatırladır.
Sakinlər istirahət üçün getdikləri parkda əl-ayaqlarına dolaşan daşlardan, beton qalıqlarından şikayətçidirlər.
Ərazidə sakinlərin istirahət edə, səmərəli vaxt keçirə biləcəkləri şərait yaradılsa da, tullantı və artıq materiallar buna imkan vermir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, problem gün ərzində həll ediləcək.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:26 / 25.01.2025
Bakıda yeni təmir edilən park zibilxananı xatırladır - VİDEO
Hazırda oxunan: Bakıda yeni təmir edilən park zibilxananı xatırladır - VİDEO
Hazırda oxunan: Bakıda yeni təmir edilən park zibilxananı xatırladır - VİDEO
231728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.