Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR

Hazırda oxunan: Xarici blogerlərin azad olunmuş torpaqlarımıza SƏFƏRİ – FOTOLAR

23172

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana səfər edən xarici blogerlərin işğaldan azad olunmuş torpaqlara səfəri davam edib.

Belə ki, Ağdama səfər edəndən sonra xarici blogerlər Cəbrayıl rayonunda yerləşən tarixi qədim Xudafərin körpüsündə olublar və körpünün tarixi və əhəmiyyəti ilə bağlı paylaşımlar ediblər.

Dünən isə Füzuli şəhərinə və rayonun Qarğabazar kəndinə səfər edən blogerlər işğal zamanı dağıntılara və təhqirlərə məruz qalan 17 – ci  əsrə aid tarixi karvansaray və dini məkanlarla tanış olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Əcnəbi blogerlərin Ağdam səfəri başa ÇATDI 


Bizim.Media xəbər verir ki, blogerlərin səfəri Qəbələ, İsmayıllı və Şamaxı daxil olmaqla daha iki gün davam edəcək.

Səfərdə Şimali Amerika və Avrasiya da daxil olmaqla, 8 ölkədən ümumilikdə, 12 bloger iştirak edir.

Layihənin təşkil edilməsində məqsəd azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri, eləcə də Azərbaycan mədəniyyətini və ölkəmizdə mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir.

Səfər çərçivəsində dəvət edilən blogerlərin sosial mediadakı izləyicilərinin sayı 10 milyon nəfərdən artıqdır.

Bizim.Media











​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin