Zaqatalada ayının parçaladığı deyilən qazi güllələnibmiş – YENİ DETALLAR/FOTO

Hazırda oxunan: Zaqatalada ayının parçaladığı deyilən qazi güllələnibmiş – YENİ DETALLAR/FOTO

231625

İki gün əvvəl Zaqatalanın dağlıq ərazisində, Əlibəy yaylasında baş verən ölüm hadisəsi heç də vəhşi heyvanların hücumu deyil, odlu silah səbəb olub.

Bizim.Media-nın yerli bürosu kənd sakinlərinə istinadən hadisənin bəzi təfərrüatlarını əldə edib.
 

Məlum olub ki, 32 yaşlı Hüseyn Məmmədov hadisə baş verən gün dayısı oğlu 38 yaşlı Murad Nurçiyevlə birlikdə olub. Onlar Muradın çalışdığı və həmin ərazidə yerləşən Hava Məlumatı Ötürücü Stansiyasına gedirmişlər. Yol buzlu və sürüşkən olduğundan Hüseyn qəflətən yıxılıb.


Bu zaman onun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Nəticədə Hüseyn Məmmədov bədənin qarın boşluğu hissəsindən güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti yerli sakinlərin eləcə də polis və prokurorluq əməkdaşlarının köməyi ilə gecə saatlarında gətirilərək müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verib.

Yaxınlarının bildirdiyinə görə mərhum Vətən Müharibəsi iştirakçısı və qazisidir. O, Cəbrayıl, Qubadlı və Füzuli rayonlarının erməni işğalından azad edilməsində iştirak edib və medallarla təltif olunub.

Zaqatala rayon prokurorluğunda baş vermiş ölüm faktına görə cinayət işi başlayıb.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin