Uzunömürlülüyün SİRRİ: Bu cür qidalanaraq daha çox yaşaya bilərsiniz

Hazırda oxunan: Uzunömürlülüyün SİRRİ: Bu cür qidalanaraq daha çox yaşaya bilərsiniz

231592

İtaliyalı uzunömürlülük üzrə mütəxəssis Valter Lonqo araşdırmalarla axşamlar daha az və erkən saatlarda qidalanmanın insanın 100 yaşa qədər yaşamaq şansını artırdığı qənaətinə gəlib.

Bizim.Media xəbər verir ki, aralıqlı oruc pəhrizinin əsasını qoyan həkim Lonqo GQ jurnalına verdiyi müsahibədə piylənmə və erkən yaşlanmanın səbəbi kimi ağır şam yeməyi menyusunu göstərib.

Valter Lonqonun sözlərinə görə, axşam saatlarında çoxlu yemək metabolizma prosesini ləngidir, yüksək qan təzyiqi və xolesterin daxil olmaqla, sağlamlıq problemləri riskini artırır.

O, sağlamlığın əsas sirrinın axşam yeməyini yatmazdan üç saat əvvəl bitirmək olduğunu iddia edir. 
 

Digər tədqiqatlar göstərib ki, aralıqlı oruc - müxtəlif müddətlərdə könüllü olaraq yeməkdən imtina - hüceyrələrin daha uzun yaşamasına kömək edərək insan ömrünü artıra bilir. Alimlərin fikrincə, bu üsul hüceyrənin köhnə və ya zədələnmiş hissələrini parçalayan və təkrar emal edən, qocalmanı ləngitməyə kömək edən autofagiyanı aktivləşdirir.


“The Lancet” tibb jurnalında dərc olunan araşdırmaya görə, qlobal yaş həddinin 2050-ci ildə 4,5 il artaraq təxminən 78,1 yaşa çatacağı proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin