Müxalifət liderlərinin məxfi biznesi – SİYAHI

Hazırda oxunan: Müxalifət liderlərinin məxfi biznesi – SİYAHI

23159

Özünü kasıb, narazı kimi qələmə verib müxalifətçi adlandlıran bəzilərinin var-dövlət içində üzdüyündən çox adam xəbərsizdir. Müəmmalı mülk və büdcələrindən çoxlarının agah olduğu müxaifətçi isə AXCP sədri Əli Kərimlidir.

Bizim.Media xəbər verir ki, Əli Kərimli daha çox miqrant biznesi ilə tanınıb. Amma onun xaricdən gələn qrantlarını da unutmaq olmaz. Sosial mediada yayılan informasiya görə, hətta onun Fransada böyük həcmdə bank hesabı da mövcuddur. 
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da “islahatlar” – Layihələrə ayrılan pullar hara gedir?


Ölkədən kənara çıxmasaq, 7 il öncə yayılan və Şüvəlandakı villasını əks etdirən fotolar da səs-küy doğurub.

Onun oxşar malikanəsi Dübəndidə də mövcuddur. Mülklərinin çoxunu isə yaxın qohumlarının adına qeydiyyatdan keçirdib. Təkcə 2012-2013-cü illırdə onun qohumlarının banklardan çıxardığı pulun məbləği 8 milyon manatdan çox olub. 1993-cü ildən bəri işsiz olan Kərimli Londonda oğlu üçün mənzil də alıb. Xarici maliyyələşmələrlə yanaşı onun daxili biznesi də müzakirə predmetidir. Onun Saatlı, İmişli rayonlarında 120 hektarlıq ferması, mal-qara sürüsü, əkin sahəsi var. 

Ümid Partiyasının lideri İqbal Ağazadə də kasıb deyil. Bəzi mənbələrin informasiyasına inansaq, Ağazadənin “Betonzavod”u, çoxsaylı MMC-ləri var. Bununla yanaşı, onun qardaşı Dövlət Neft Şirkəti ilə tenderlər icra edirdi. İqbal Ağzadənin Gəncə şəhərində Çörək bişirmə kombinatı, bir neçə marketi və makaron məmulatları istehsal edən "Neon" firması var. Tikinti biznesi ilə də əlaqələri olan eks deputatın Bakı şəhər Gəncə prospektində 2 mərtəbədən ibarət obyekti də mövcuddur. Həmin obyekt hazırda kafe kimi işlədilir. Siyasətçinin Türkiyədəki ciddi biznesi barədə məlumat çox olmasa da, infosızmalar işin nəqliyyat sektoruna aid edildiyinə söykənir. Yəni, partiya sədri Türkiyədə avtobus-marşrut xəttinə sahibdir. 

Müsavat başqanı Arif Hacılı da Əli Kərimli kimi ictimaiyyət tərəfindən mühacir biznesində ittiham olunur. Yoxsa 2019-cu ildə o, 5 il ərzində 197 nəfərə mühacirət üçün arayış verdiyini etiraf etməzdi. 

Digərləri barədə qısa informasiya vermək üçün 2020-ci ilin araşdırmasını təqdim etməzdən öncə məlumat üçün deyək ki, sadalanan informasiyaların bəziləri hamı üçün əlçatandır. Kimin nə işlə məşğul olduğunu anlamaq üçün bəzi dövlət qurumlarının (Vergilər nazirliyi və s.) rəsmi internet səhifəsində axtarış etmək kifayətdir. Bir də gərək araşdırdığınız insanın ailə üzvləri, qohum və dostları barədə məlumatlı olasınız. Çünki siyasətçilərin əksəriyyəti bizneslərini yaxınlarının adına qeydiyyatdan keçirdirlər. 

Nümunə üçün, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn 2011-ci ildə qeydiyyatdan keçmiş “YSV” MMC-nin 3 həmtəsisçisindən biridir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə 3 şirkətin sahibidir. Onun təsisçisi olduğu “EXPORT 2011” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq prospekti 189-dur. Partiya sədrinin digər şirkəti , “A.S.R.” fərdi şirkəti 2001-ci ildə Göygöl rayonu, Səbuhi Hacıyev küçəsi 25-də hüquqi qeydiyyata alınıb. Hüquqi qeydiyyatı Hafiz Hacıyevə məxsus digər ünvanda – Akademik Həsən Əliyev küçəsi 113, mənzil 22-də olan “JASMİN-M” MMC isə 2014-cü ildə qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi “Müasir Müsavat” qəzetinin mərhum baş redaktoru Təranə Ramazanova Əsəd qızı olub.

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev ilk şirkətini – “SİRDAŞ LTD” MMC-ni 2006-cı ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçirib.

Partiya sədri bundan 3 il sonra Türkiyədə daha geniş biznes qurub. Onun və şəriklərinin 2009-cu ildə İstanbul Ticarət Sicili Memurluğunda qeydiyyatdan keçirdiyi “BVR” (Bədrəddin, Vedat, Rəfael) “SIRDAŞ TURİZM İNŞAAT GIDA VE TAŞIMACILIK DIŞ TİCARET LİMİTED” şirkətinin nizamnamə kapitalı 500 min lirə təşkil edir. Sərmayənin 165 min lirəsi Bədrəddinə məxsusdur. Adından da bəlli olduğu kimi şirkət ticarət, inşaat və turizm sektorunda fəaliyyət göstərir.

Razi Nurullayev isə 2015-ci ildə AXCP ilə yolları ayrılmazdan əvvəl şirkət sahibi olub. Onun təsisçisi olduğu “MARAFON” MMC 2006-cı ilin yanvarında hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, S.S.Axundov, ev 1B, m. 71 olmaqla Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb.

AMİP lideri Etibar Məmmədovun da aktiv siyasi fəaliyyətdən geri çəkiləndən bəri bizneslə məşğul olduğu heç kimə sirr deyil.

Etibar Məmmədovun biznesi onun böyük oğlu Orxan Məmmədovun adına rəsmiləşdirilib. Orxan Məmmədov 2006-cı ilin iyununda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi qeydiyyata alınmış “E.M. KONSALTİNQ” MMC (hüquqi xidmətlər sahəsində fəaliyyət göstərir) və 2008-ci ilin martında Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmiş “ORXAN-LF”MMC-nin təsisçisidir. Etibar Məmmədovun kiçik oğlu Ayxan Məmmədov bir müddət AMİP Gənclər Təşkilatında fəaliyyət göstərsə də, ABŞ-a köçüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin