“İnsanlar çimərliyə gedəndə çox vaxt hazır qidalar götürürlər. Bəzən şikayətlər alırıq ki, vətəndaş çimərlikdən qayıtdıqdan sonra özünü narahat hiss edir. Bu narahatlığın da kəskin mədə-bağırsaq sisteminin pozulması, yaxud qida zəhərlənməsi olduğunu təyin etmək çətin olur”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib.
Mütəxəssis çimərliyə gedən vətəndaşlara tez xarab olan məhsulları aparmamağı məsləhət görüb:
“Çünki çimərliklərdə qida saxlanılması üçün münasib şərait yoxdur. Bundan başqa, çimərlik ərazisində tez xarab olan məhsul satışı olur. Həmin məhsulların alışı məsləhət deyil. Eyni zamanda bostançılıq məhsullarını, eləcə də geyimləri çimərlik ərazisinə tullamayın. Anti-sanitariya şəraiti ilə bağlı diqqətli olmaq lazımdır”. (report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:01 / 01.06.2021
Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Səhiyyə Nazirliyindən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
23155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.